"Həmin postlar daha çox gələcəkdə İranla sərhəd keçid məntəqələrinin sayının artırılması məqsədi daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli işğaldan azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün yaradılan postlara aydınlıq gətirərkən deyib. Ekspert qanunvericiliyə görə, Füzuli hava limanında gömrük postunun yaradılmasının nəzərdə tutulduğunu bildirib:
"Gələcəkdə orada beynəlxalq uçuşlar olarkən həmin gömrük postlarının fəaliyyəti də olacaq. İndi elə bir fəaliyyəti yoxdur. Astara və Beyləqan sərhəd keçid məntəqlərində kifayət qədər növbələr olurdu. Bu növbələrin qarşısını almaq üçün belə bir addım nəzərdə tutulub ki, insanların keçidi daha da asanlaşsın. Sadəcə, indi pandemiya ilə əlaqəli quru sərhədlər bağlıdır deyə gömrük keçid məntəqələrində böyük bir iş həcminin olacağı hələlik mümkün deyil”.
Natiq Cəfərli Ermənistanla sərhədlər müəyyənləşəndən sonra Ermənistan-Azərbaycan sərhədlərində də həmin gömrük məntəqələrinin qurulacağını vurğulayıb:
"İndi bir Azərbaycan ərazisindən keçən Ermənistanın yolu var, orada gömrük postu qurulub. Hazırda həmin post fəaliyyət göstərir, əsasən İrandan gələn maşınları yoxlayırlar”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev işğaldan azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün postların yaradıldığını açıqlayıb. O bildirib ki, işğaldan azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün Qubadlı rayonu ərazisində "Qubadlı”, Zəngilan rayonu ərazisində "Qazançı” və Füzuli rayonu ərazisində isə "Füzuli beynəlxalq hava limanı” gömrük postları yaradılaraq istifadəyə verilib.
Bahar Rüstəmli
Şərhlər