Ölkə 21:25 23.07.2019

AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək

"Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək.

Qaynarinfo-nun məlumatına görə, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, "Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.

Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

Bakı-Nyu-York reysləri ("JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu "Boeing 787 Dreamliner” təyyarələri ilə yerinə yetiriləcək.