"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo” hava limanında məcburi eniş edib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə AZAL-ın Facebook səhifəsində yayılan məlumatda deyilir.
"Moskvanın "Vnukovo” hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları”nın J2-830 reysi "Pulkovo” hava limanına (LED) uğurlu eniş edib. Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək”.
Şərhlər