Xəbər lenti

AZAL vətəndaşları Türkiyədən çarter reysləri ilə gətirəcək
Sağlamlıq 19:04 15.03.2020

AZAL vətəndaşları Türkiyədən çarter reysləri ilə gətirəcək

Azərbaycan və Türkiyə arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq, Azərbaycan milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edəcək.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ölkə vətəndaşları vətənə bu reyslər vasitəsilə çatdırılacaq.

Beləliklə, bugünkü çarter reysi ilə İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı çatdırılacaq. Daha bir çarter reysi sabaha planlaşdırılacaq.

Bundan əlavə, yaxın zamanda AZAL Ankara və Antalyaya çarter reysləri yerinə yetirəcək.

Lazım olduqca AZAL Azərbaycan vətəndaşlarının vətənə çatdırılması üçün çarter reysləri həyata keçirməyə davam edəcək.

Əvvəl də məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda "qaynar xətt” yaradılıb. "Qaynar xətt”in nömrəsi belədir: +90537 282 67 40.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->