Xəbər lenti

AZAL yeni təyyarələr alır
Ekonomiks 12:16 26.04.2013

AZAL yeni təyyarələr alır

«Azərbaycan Hava Yolları» QSC (AZAL) aviaparkının genişləndirilməsini davam etdirir.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin APA-ya verdiyi məlumata görə, may ayında aviaşirkətin aviaparkına sayca ikinci «Airbus A-340» təyyarəsinin əlavə olunacağı gözlənilir: «Bundan başqa, may ayından etibarən AZAL Braziliya istehsalı olan «Embraer» təyyarələrini alacaq. Ümumiyyətlə, bu tipli 6 avialayner alınacaq ki, bunlardan ikisi «Embraer-170», 4-ü isə «Embraer-190» olacaq».

Qeyd edək ki, aviaşirkətin parkına birinci «Airbus A-340» artıq gətirilib və hazırda heyət bu təyyarədə təlim uçuşları keçirir. Sözügedən təyyarənin alınması AZAL aviaşirkətinə tarixində ilk dəfə uzun məsafəli birbaşa uçuşların gerçəkləşdirilməsinə şərait yaradıb. Belə ki, mayın 10-da açılacaq Bakı-Pekin-Bakı aviareysi üzrə uçuşlar məhz «Airbus A-340» təyyarəsi ilə (həmçinin, «Boeing-767» avialayneri ilə) yerinə yetiriləcək. Bununla yanaşı, AZAL-ın aviaparkına 2014-cü ildə «Boeing-787 Dreamliner» təyyarəsi əlavə olunacaq.

Xatırladaq ki, hazırda AZAL-ın təyyarə parkında 7 «Airbus A-320», 4 «Boeing-757-200», 3 «Airbus A-319», 2 «Boeing-767-300ER» və 1 «Airbus A-340» avialaynerləri mövcuddur. Aviaşirkətin balansında olan 6 ATR tipli təyyarə isə satışa çıxarılaraq realizə olunub.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->