Azərbaycanda vergi qanunvericiliyinin sərt olması elektron ticarətə də öz təsirini göstərməkdədir. Baxmayaraq ki, pandemiya dövrü bu sahəni nəzərəçapacaq dərəcədə inkişaf etdirdi, amma ölkəmizdə hələ də onlayn alış-veriş etməkdən, eləcə də biznesin bu sahəsi ilə məşğul olmaqdan çəkinənlərin sayı çoxluq təşkil etməkdədir.
Qeyd edək ki, ölkəmizdə elektron ticarətə 2017-ci ildən etibarən vergi tətbiq edilir. Bu həmin il yanvarın 1-də Vergi Məcəlləsində və "Elektron ticarət haqqında” Qanununa edilən dəyişikliklərə əsaslanır.
Ötən il ölkəmizdə elektron ticarətlə bağlı qaydalar daha da sərtləşdirildi ki, bu da geniş ictimai narazılığa səbəb oldu.
Dəyişikliyə görə, əgər əvvəllər vətəndaş şəxsi məqsəd üçün e-ticarətlə 1000 dollar məbləğində mal gətirə bilərdisə, bu rəqəm 300 dollara endirildi. Narazılıqlara səbəb olan faktorlar isə əsaslı idi. Çünki elektron ticarət idxal məhsullarını əhalinin sosial cəhətdən daha aşağı olan təbəqəsi üçün də əlçatan edib.
Digər tərəfdən isə hesab olunur ki, Azərbaycan kimi ölkələrdə vergi rüsumları nə qədər aşağı olarsa, bu idxalı daha çox stimullaşdırar. Baxmayaraq ki, Dövlət Gömrük Komitəsindən bu məsələyə ehtiyatla yanaşılır. Məhsul axınına "iqtisadi təhlükəsizlik” məsələsi kimi yanaşılır.
Həm də ölkədə istehsalın inkişafından danışmağın hələ ki, yersiz göründüyü bir vaxtda..
Rüsum məsələsi ilk yeri tutsa da, ölkəmizdə elektron ticarətin inkişafının qarşısını alan digər faktorlar da var.
İqtisadçı Rəşad Həsənov Bizim Media-ya açıqlamasında həmin faktorlara toxunub.
O, bu istiqamətdə infrasturkturun zəif inkişaf etdiyini bildirib. Digər mühüm səbəblərdən biri isə əhalinin yanaşması ilə bağlıdır:
"Əhalinin orta və yaşlı qrupu texnologiyalardan çox az istifadə edir, məsələyə konservativ yanaşır. Böyük bir qrup isə bank hesablarına müdaxilə olunmasından çəkinir. Bununla belə pandemiya dövründə bu istiqamətdə müəyyən inkişaf baş verdi və 2020-ci ildən birdən-birə 2,4 dəfə artım baş verdi. Halbuki 10 ildə bu nəticə yox idi. Hazırda əhalidə 9 milyondan artıq kart var. Amma bunun yalnız az bir hissəsi - 1,5 milyonluq hissəsi nağdlaşdırma üçün istifadə olunur”.
Bəzi yerli şirkətlərin bu sahədə göstərdiyi "fəaliyyət” isə vətəndaşların məsələyə daha çəkingən yanaşmasına gətirib çıxarıb. Yəni təklif olunan məhsulun keyfiyyətsizliyi alıcıların inamını qırıb.
Rəşad Həsənovun qeyd edib ki, bu məslədə təhcizat zəncirində də problemlər var:
"Azərbaycana daşımalarda böyük rüsumlar, əlavə xərclər yaranır. Ölkədə formalaşmış konyuktur da buna təsir edir. Məsələn, AZAL-ın yükdaşımalarda monopoliya formalaşdırması amillərdən biridir. Regionun başqa ölkələrinə sifarişlərin çatdırılmasında transport xərcəri Azərbaycanla müqayisədə qat-qat aşağı olur. Bu da ölkə bazarının rəqabətliliyini aşağı salır”. İqtisadçı bu sahədə qanunvericiliyin təkmilləşdrilməsini də vacib hesab edir. //Bizim.media
Şərhlər