Xəbər lenti

Azər Ayxan: “Amma biz ərinə xəyanət edən qadınlara görə...”
Ölkə 09:48 12.10.2019

Azər Ayxan: “Amma biz ərinə xəyanət edən qadınlara görə...”

"Açığı, adam şübhələnir ki, bu, bilərəkdən edilir. 3-5 məsuliyyətsiz, cahil, övladına, xanımına, ailəsinə qarşı amansız davranan kişinin əməllərini ümumiləşdirib, bunu bütövlükdə bütün kişilərə aid etmək doğru yanaşma deyil”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri "Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini Azər Ayxan qadınlara şiddət mövzusu ilə bağlı danışarkən deyib. O, son vaxtlar ölkədə kişi kultunun zədələnməsi istiqamətində prosesin başladığını bildirib:
"Amma biz heç vaxt ərinə xəyanət edən, fahişəliklə məşğul olan qadınlara görə Azərbaycan qadınını lənətləmirik. Yazsaq da doğru olmaz. Kimsə ərinə xəyanət edib, sonra çıxıb əxlaqdan, mənəviyyatdan danışanda da susuruq. Bu gün özlərini insan haqları müdafiəçisi, feminist adlandırıb kişilərə, əslində isə cəmiyyətin sütununa qarşı kampaniya aparanlara xatırlatmaq lazımdır ki, feminizm kişilərə müharibə elan etmək, onları alçaltmaq, aşağılamaq demək deyil. Azərbaycanda demokratiyadan feminizmə, mətbuat özgürlüyündən dinə qədər bütün dəyərlər gözdən salınır. Çünki yanlış, savadsız və qərəzli yanaşma, təqdimat var”.
Azər Ayxan bildirib ki, poeziyada, ədəbiyyatda ən yaxşı qadın obrazlarını yaradanlar kişi şairlər və yazıçıları olub: 
"Əslində Azərbaycan kişisinin qadınlara münasibəti çox yaxşıdır. Keçmişdə də belə olub, bu gün də belədir. Kişilər var, ailəsinə, övladlarına çörəkpulu qazanmaq üçün minlərlə kilometr yol qət edirlər. Rusiyanın çöllərinə səpələnirlər. Hər fədakarlığı edirlər. Nə var ki, qadını, övladları korluq çəkməsin. Bu cür atalardan, ərlərdən, qardaşlardan yazan yoxdur, amma hansısa cahil kişi arvadını öldürürsə, döyürsə, dərhal kişilərə qiyabi ölüm hökmü çıxarırlar. Bəzi kişilər də bu kampaniyaya qoşulub, riyakarlıq edir. Araşdıranda məlum olur ki, azyaşlı qızına verməli olduğu alimenti neçə illərdi ödəmir. Bu cür ”ziyalı" kişilərlə qadınını döyüb öldürən cahil kişilərin heç bir fərqi yoxdur".
Xatırladaq ki, son bir ayda mətbuatda yayılan hadisələrin statistikasından məlum olur ki, ölkədə 13 qətl hadisəsi baş verib ki, bu hadisələrdə ölənlərin 9-u qadındır. Təkcə son 4 gün ərzində 3 qadın amansızcasına qətlə yetirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->