"Növbəti Təhlükəsizlik Dialoqumuz adi silahlara nəzarət, eləcə də etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərini əhatə edəcək. Azərbaycan öz təcrübəsinə əsaslanaraq, bu sahədə mövcud olan təhlükə və çağırışları yaxşı bilir".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (TƏF) Azərbaycanın sədrliyi ilə keçirilən açılış iclasında deyib.
"Son üç onillikdə biz, ərazilərimizin işğalı ilə bağlı status-kvonu gücləndirmək kimi yalnış axtarış çərçivəsində bütün tətbiq edilən silahlara nəzarət rejimlərinə və Etimad və Təhlükəsizlik Tədbirlərinə qəsdən məhəl qoyulmamasının və yayınmasının şahidi olduq. Bu təcrübəyə əsaslanaraq, biz əminik ki, mövcud rejimlər altında silahlara nəzarət və etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinə dair öhdəliklərin yerinə yetirilməsi həm sözdə, həm də əməldə ATƏT regionunda sülh, təhlükəsizlik və sabitliyə mühüm töhfə verə bilər. Eyni zamanda, bu rejimlərin əsas məqsədi sülh və sabitliyi davam etdirmək, ilk növbədə Helsinki Yekun Aktında təsbit edilmiş ortaq təməl prinsiplərimizə və öhdəliklərimizə riayət etməkdən ibarət olmalıdır. Yalnız belə bir yanaşma gözlənilən nəticəni verə bilər", - nazir vurğulayıb.
Şərhlər