Bankda növbə gözləmək bir çox müştərilərin şikayət etdiyi əsas məqamlardan biridir. Xüsusən də bu riteyl bankçılıq üzrə ixtisaslaşmış banklara daha çox aid edilir. Müasir maliyyə dünyasında bu problem onlayn növbə sifarişi ilə həll olunur. Müştəri banka getməzdən əvvəl onlayn qaydada növbə götürür və bankda vaxt itkisi ilə üzləşmir. Bəs Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir?
Finans.az-ın apardığı araşdırma Azərbaycanda real növbələrə alternativ olan bron mexanizminin olmadığını ortaya çıxardı. Hazırda ölkədə fəaliyyət göstərən 30 bankdan 4-də bu xidmət var ki, onların da yalnız birində işlək vəziyyətdədir.
Belə ki, VTB Bank (Azərbaycan), PashaBank və Rabitəbank-ın rəsmi internet səhifələrində bu xidmətin mövcudluğu göstərilsə də, keçidlər qeyri aktivdir.
VTB və PashaBank üçün bu xidmət aktual olmaya bilər. Çünki,nəzərə alaq ki, VTB-nin Azərbaycan törəməsinin son maliyyə durumunu 247,4 mln. zərər təşkil edir, PashaBank isə sözdə riteyl bankçılığın inkişaf etdiridiyi desə də fiziki şəxslərin əmanətləri üzrə minimal məbləğ 100 000 manat təşkil edir. Ancaq sırf riteyl bankçılıqda ixtisaslaşan bankların nədən bu günə kimi müştərilərinə alternativ növbə götürmək xidməti verməməsi maraqlı haldır.
Araşdırma nəticəsində yeganə işlək keçid Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi R@ndevu onlayn növbə sifarişi xidməti oldu. Qeyd edək ki, bu tip xidməti Azərbaycana ilk dəfə 2013-cü ildə gətirən də elə bu bank olub.
Şərhlər