“Azərbaycan bayrağı bütün ərazilərdə dalğalanmalıdır” - Politoloq

“Azərbaycan bayrağı bütün ərazilərdə dalğalanmalıdır” - Politoloq

"Biz həmin kəndləri geri almalıyıq”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Kəlbəcər rayonu ərazisində 30 kəndin erməni tərəfində qalması ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib. Politoloq ərazi bölgüsünə dair iki xəritənin olduğunu qeyd edib:

"Biri var sovet xəritəsi, bir də var müstəqil Azərbaycanın xəritəsi. Məsələ Kəlbəcər qızıl yataqları deyil, 30 kənd olmalıdır. Müstəqil Azərbaycan Respublikasının xəritəsi və Kəlbəcər rayonunun da ərazisi var. Deyilən 30 kənd də Kəlbəcərin ərazisinə düşür. Biz həmin kəndləri geri almalıyıq. Çünki tək qızıl yatağı deyil, Dedivank alban kilsəsiinin də məhz həmin əraziyə düşməsi məsələsi var. Halbuki ermənilər özləri həmin bu 30 kəndin evlərini yandırıb köçürdülər. O cümlədən də Dedivank alban kilsəsi ilə vidalaşıb çıxmışdılar. Sadəcə orada onların bir keşişi qalıb. Həmin keşiş deyib ki, "mən heç yana getmirəm” burada öləcəm”. İndi necə olur ki, ermənilər həmin 30 kəndi Azərbaycanın ərazisi bilib, oranı dağıdıb, evlərini yandırıb çıxıblar, amma indi deyirlər ki, həmin kəndlər guya Ağdərə rayonun ərazisidir? Bu yalnışdır”.
 
 

Azər Qasımlının fikrincə, bütün bu sullara Azərbaycanın rəsmi şəxsləri cavab verməlidir:

"Bu suallara aydınlıq gətirilməlidir. Bu bizi narahat edən yeganə sual deyil, başqa məsələlər də var. Məsələn, Qazax rayonunun işgalda olan 7 kəndi var, qondarma Qarabağın prezidenti Arayik Arutyunyanın Rusiyaya getməsi, orada kimlərlə görüşməsi və s. bunlar bizim üçün sualdır”. 

Azər Qasımlının fikrincə, dekabr ayının sonuna kimi bu suallara aydınlıq gətirilməlidir:

"Dekabrdan o yana qalmamalıdır. Bizə deyildi ki, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, Xocalıda Azərbaycan qanunları işləyəcək, Xankəndində Azərbaycan manatı dövriyyədə olacaq, bunlar deyilibsə, həyata keçirilməlidir. Azərbaycan qanunvericiliyi Dağlıq Qarabağın bütün ərazisində olmalıdır. Azərbaycan bayrağı da bütün ərazilərdə dalğalanmalıdır”.

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR