Bundan başqa, yerli istehsalçıların zərər çəkməməsi xammal üçün alış qiymətlərinin dəstəklənməsi də planlaşdırılır. Bu məsələlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycanda çayçılıq sahəsinin inkişafı və yerli istehsalın stimullaşdırılması ilə bağlı hazırladığı təkliflərdə əksini tapıb.
Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev APA-ya açıqlamasında bildirib ki, əgər Azərbaycanda çay istehsal olunursa, ölkədə fəaliyyət göstərən emal şirkətləri mütləq istehsalçını tanımalıdır və yerli xammaldan istifadə etməlidir.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi ölkədə çayçılığın əvvəlki şöhrətini qaytarmaq üçün Nazirlər Kabinetinə təqdim etdiyi təkliflərə bu sahədəki istehsalçılara 15 il müddətinə kreditlərin verilməsi məsələsini də daxil edib.
Qaynar.info
Şərhlər