Region Liqasının yarımfinal mərhələsində aprelin 22-də nəzərdə tutulan "FC Baku" - "Şahdağ" oyunu təxirə salınıb.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb II play-off mərhələsi çərçivəsində aprelin 6-da keçirilmiş "Füzuli” - "FC Baku” oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı federasiyaya daxil olan məlumatdır.
Region Liqasının İşçi Qrupunun bu gün keçirilən iclasında matçın qeyri-müəyyən müddətə təxirə salınmasına qərar verilib.
Şərhlər