İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pri turnirinin son yarış günündə Azərbaycan idmançıları qızıl və bürünc medal qazanıblar.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, yarışda Azərbaycanı 90 kq. çəki dərəcəsində təmsil edən Məmmədəli Mehdiyev ardıcıl olaraq türkmənistanlı İhlas Setderov və kanadalı Mohab əl-Nəhası yensə də, 1/4 finalda hollandiyalı Yesper Sminkə uduzub.
Bununla belə, o, təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun üzərində qələbə qazanmağı bacarıb. Mehdiyev bürünc medal uğrunda görüşdə estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib və medala sahib çıxıb.
Digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda qarşılaşmada İsrail təmsilçisi Sasson Ora məğlub olaraq 5-ci yeri tutub.
Qadınların yarışında mübarizə aparan İrina Kinderzka (+78 kq) qızıl medal uğrunda görüşdə ukraynalı Yelizaveta Kalaninadan üstün olaraq birinci yeri tutub.
Şərhlər