Xəbər lenti

“Azərbaycan Dəmir Yolları” QSC cərimələndi
Ölkə 16:49 20.04.2021

“Azərbaycan Dəmir Yolları” QSC cərimələndi

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karantin rejimini pozduğuna görə cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim Babək Pənahovun icraatındadır.

QSC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə tərtib olunub.

Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->