phrase_var_qaynar. 14:32 11.09.2021

Azərbaycan derbisinin hakimi müəyyənləşdi

Azərbaycan Premyer Liqasında III turun digər iki matçı üçün təyinatlar açıqlanıb.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, sabah baş tutacaq "Səbail" - "Sumqayıt" görüşü Vüqar Həsənliyə tapşırılıb. Turun mərkəzi qarşılaşması "Neftçi" - "Qarabağ" görüşündə isə Rəşad Əhmədovun başçılıq etdiyi hakimlər briqadası yer alacaq.

12 sentyabr

18:00. "Səbail” – "Sumqayıt”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"ASCO Arena”.

20:30. "Neftçi” – "Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Bakcell Arena”.

Səbuhi Həsənov

Oxşar xəbərlər