"Xarici ölkələrdən Azərbaycana yeni göndərilən bağlamalara məhdudiyyət qoyulub".
Bu barədə Qaynarinfo-ya "Azəripoçt" MMC-dən məlumat verilib.
Qurumdan bildirildiyinə görə, əgər bağlama və ya məktub bir müddət əvvəl yola salınıbsa, onlar sahiblərinə çatdırılır:
"Hazırda postdaşıma işləyir. Bağlamalarda virus gələ bilər. Bu səbəbdən yeni sifarişlərə məhdudiyyət qoyulub. Yolda olan bağlamalar isə sahiblərinə çatdırılır. Amma həmin bağlamaların nə vaxt ünvana yetişəcəyi haqda məlumat vermək çətindir".
Bahar Rüstəmli
Şərhlər