Xəbər lenti

Azərbaycan əsilli siyasətçi TBMM-də: deputat seçildi
Siyasət 12:47 25.06.2018

Azərbaycan əsilli siyasətçi TBMM-də: deputat seçildi

Azərbaycan əsilli siyasətçi Şamil Ayrım Türkiyə parlamentinin deputatı seçilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, o, iyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində Milliyyətçi Hərəkat Partiyasının (MHP) siyahısından qalib gəlib.

Ş.Ayrım 27-ci çağırış parlamentdə İstanbul şəhərini təmsil edəcək. 

Bu münasibətlə Dövlət Komitəsinin sədri Fuad Muradov Şamil Ayrıma zəng edərək onu təbriklərini çatdırıb, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.  

Ş.Ayrım da öz növbəsində, Türkiyə və Azərbaycanı daima güclü görmək arzusunda olduğunu bildirib: "Mən bundan sonrakı fəaliyyətimdə də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çalışacağam. Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı davam etdirəcək, Türkiyədəki azərbaycanlıların qayğılarını diqqətdə saxlayacağam. Təbii ki, Qarabağın azadlığı bizim ən böyük arzumuz və məqsədimizdir. Bu istiqamətdə də əlimdən gələni etməyə hazıram”.

Türkiyəli millət vəkili həmçinin Azərbaycana səfəri zamanı Fuad Muradovla görüşəcəyini də vurğulayıb. 

Qeyd edək ki, Ş.Ayrım bundan əvvəl 20 və 21-ci çağırışlarda da parlamentdə təmsil olunub. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->