Xəbər lenti

Sənət 23:11 01.04.2015

Azərbaycan filmlərinin külliyatı olacaq sayt fəaliyyətə başladı

Azərbaycan kino arxivini özündə toplayan yeni bir sayt fəaliyyətə başlayıb. 

Modern.az xəbər verir ki, Azerikino.com domeni adı altında fəaliyyət göstərəcək saytda xeyli sayda Azərbaycan tammetrajlı filmləri yerləşdirilib. Saytda müxtəlif dillərdə olan filmlər haqqında  ətraflı məlumatlar da yer alır. Burada həmçinin ilk dəfə olaraq Azərbaycan dilində dublyaj edilən xarici filmlərin videolarından ibarət  xüsusi bölmə də var. Hələlik 200-ə yaxın videdan ibarət olan sayt yaxın zamanlarda 1000-ə qədər filmlə zənginləşəcək. Saytın yaradıcısı Youtube-da Azərbaycan kinosunun təbliğatı ilə məşğul olan və bu sahədəki kanalları naməlum şəxslər tərəfindən bağladılan Vüsal Ağayevdir.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?