Xəbər lenti

Azərbaycan futbolunda ilk:
İdman 16:28 25.10.2019

Azərbaycan futbolunda ilk: "Qarabağı"ın üzvü Avropa Liqasında ikinci oldu

Avropa Liqasında çıxış edən futbolçuların reytinq cədvəli açıqlanıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, III turun oyunları cədvəldə ciddi dəyişikliklərə səbəb olub.

Yeni reytinq Azərbaycan təmsilçilərinin mövqeyinə də təsir edib. Evdə Kiprin APOEL klubu ilə 2:2 hesablı heç-heçə oynayan "Qarabağ”ı futbolçuları ön sıralara doğru irəliləyiblər. 

Azərbaycan çempionunun ən yaxşısı olan Dani Kintana 5108 xalla Avropa Liqasının 2-cisidir. O, yalnız "Sevilya”nın futbolçusu Franko Vaskesdən (5543) geri qalır. İlk "üçlüy”ü isə "Latsio”nun üzvü Sergey Milinkoviç-Saviç qapayır – 4931.

II turdan sonra 23-cü sırada olan, üç həftədə 21 pillə irəliləyən D.Kintana kimi daha iki "Qarabağ”lı "Top-100”də qərarlaşıb. 2990 xala malik Abdullah Zubir 66-cı, 2661 xalı olan Miçel 98-cidir.

"Qarabağ”ın legionerləri ön sıralarda yer alıbsa, yerli futbolçular onlardan xeyli geri qalır. Azərbaycan yığmasında çıxış edən ən yaxşı oyunçu Riçard Almeyda 2002 xalla 214-cüdür. Ukrayna "Aleksandriya”sında çıxış edən Pavel Paşayev 1108 xalla 448-cidir. Milli komandanın üzvü olan bu oyunçulardan biri Braziliya, digəri Ukrayna futbolunun yetirməsidir. Ən yaxşı azərbaycanlı isə 861 xalla 520-ci sırada yer alan Qara Qarayevdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->