Bu gün səhər Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.
Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məqsəd FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.
Şərhlər