Ekonomiks 14:24 26.07.2021

Azərbaycan Gürcüstanla quru yollarını açacaq? - Ekspert

"Azərbaycandan Gürcüstana avtobuslarla keçidə avqust ayında, sentyabrdan sonra isə avtomobil yolunun tamamilə açılması ilə bağlı qərar ola blər” .

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclasında ictimai nəqliyyatla Gürcüstana gediş-gəlişin bərpasından danışarkən deyib. Ekspert bildirib ki, əslində Gürcüstan tərəfi iyulun 1-dən quru sərhədlərin açılması ilə bağlı qərar verib:

"Azərbaycan tərəfinə məlumat da göndərib ki, Gürcüstan buna etiraz etmir. Sadəcə, Azərbaycan tərəfi epidemioloji vəziyyəti nəzərə alaraq və bunu bəyan edərək hələlik quru sərhədlərin açılmasına icazə verməyib. Gürcüstan turizmdən çox asılı bir ölkədir. Uzun illərdir ki, Gürcüstan turizm bazarında həmişə Azərbaycan vətəndaşları ilk üçlükdə olub. Yəni Gürcüstana ən çox gələn turustlər Azərbaycandan olub. İndi Azərbaycanla quru sərhdələrin bağlı olması Gürcüstana gələn azərbaycanlıların sayını xeyli azaldıb və bu da Gürcüstan hökumətini narahat edir. Ən azından yay mövsümünün geridə qalan hissəsi - avqust-sentyabr aylarında daha çox azərbaycanlı vərəndaşın gəlməsində maraqlıdırlar. Ona görə belə bir təkliflə çıxış edib. İndi Azərbaycan tərəfindən də verilən rəsmi açıqlama budur ki, bu, müzakirə olunur. Əgər müzakirə olunsa, yəqin ki, hansısa bir formada yaxın zamanlarda qərar veriləcək”.
 


Natiq Cəfərli hesab edir ki, quru səhədlərinin hələ də bağlı saxlanılması o qədər də məntiqli gəlmir:

"Gürcüstana təyyarələr var, hava nəqliyyatı işləyir. Hətta o qədər tələbat var ki, əvəllər gündə bir təyyarə uçurdusa, indi gündə iki təyyarənin uçması ilə bağlı qərar var. Amma biletlərin qiyməti də çox bahadır. Getmək istəyənlərin sayı da çoxdur. Ona görə də Azərbaycan tərəfi hava nəqliyyatını açırsa, quru dəhlizinin açılması ilə bağlı da bir qərar verməlidir. Vətəndaşların əksəriyyəti həmişə quru sərhədlərlə getməyə üstünlük verib”.

Natiq Cəfərlinin fikrincə, avtobusla gediş-gəlişə icazə veriləcəksə, o zaman avtomobillə keçidə də qərar verilməlidir:

"Quru sərhədlərinin açılması ilə bağlı qərar verilsə, heç də pis olmaz. Düzdür, Gürcüstanda epidemioloji vəziyyət Azərbaycandan qat-qat pisdir. Orada yoluxma daha çoxdur, vaksinləşmə də aşağı səviyyədədir. Ola bilər ki, Azərbacan hökuməti bunu nəzərə alaraq qərarın verilməsini bir az uzatsın”.

Bahar Rüstəmli