"Azərbaycan iyul ayının 15-də BMT-yə dayanıqlı inkişaf üzrə ikinci hesabatını təqdim edəcək”
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, BMT-nin 2030-cu ilə qədər dünyada vəziyyətin müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişdirilməsi və yenilənməsi üçün həyata keçirdiyi proqramda dünyanın bir çox dövlətləri yaxından iştirak edirlər: "Azərbaycan həmin proqramın reallaşmasına öz töhfəsini verir. Azərbaycan iyul ayının 15-də dayanıqlı inkişaf üzrə ikinci hesabatını təqdim edəcək. Dünyanın cəmi 14 ölkəsi ikinci hesabatı verə biləcək”.
Şərhlər