Ölkə 15:19 06.08.2020

Azərbaycan KİV ailəsinə daha bir sayt qoşuldu

"Bir sayt olaraq artıq dünəndən fəaliyyətə başlamışıq”.

Bunu Qaynarinfo-ya açıqlamasında dünəndən fəaliyyətə başlayan "Respekt.az” saytının Baş redaktoru Zahid Nurəliyev deyib. Onun sözlərinə görə, "Respekt.az” hər gün 12 saat ərzində xəbər və materiallar yayacaq:

"Bəzi xırda texniki problemlər olduğu üçün paylaşımlar etmirdik. O məsələlər həll olundu və bü gündən etibarən sayt hər gün 12 saat ərzində xəbər və materiallarını yayacaq. Hədəflərə gəlincə, ilk hədəf təbii ki, saytın özünü təsdiqləməsi, tanınması və öz auditoriyasını toplamasıdır. Bugünkü sayt bolluğunda, xüsəsən medianın hazırkı durumu, mövcud şərtlər daxilində rəqbət aparmaq demirəm, rəqabətə davam gətirmək, mövcudluğunu qoruyub saxlamaq çox çətindir. Ən ciddi problem maliyyə məsələsidir, reklam bazarının çox aşağı səviyyədə, hətta yox dərəcəsində olmasıdır. Buna baxmayaraq, iddialıyıq. İnanırıq ki, "Respekt" media camiasında öz yerini tutacaq, sayılıb-seçiləcək”.

Bəs sayt oxucuya nə təqdim edcək, prioritetləri nədən ibarət olacaq? Zahid Nurəliyev əsas prioritetlərinin Qarabağ, Güney Azərbaycan məsələsi olacağını deyib: 

"Bu gün medianın sosial şəbəkələrə uduzmasının ən ciddi səbəblərindən biri onun tənqiddən, əhalinin problemlərindən uzaq düşüb daha çox operativ xəbərləməyə meyllənməsidir. Biz fəaliyyətimizdə bu məqama diqqət yetirəcəyik. Əsas prioritetlərimiz sırasında Qarabağ məsələsi, Güney Azərbaycan məsələsi xüsusi yer tutacaq. Bu məsələlərlə bağlı saytda ayrıca bölmələr olacaq. Daha çox analitik materiallara, şərhlərə üstünlük verəcəyik. Həm də dünya və regionda gedən proseslərlə bağlı xarici mediada dərc olunan analitik materialları oxucularımıza çatdırmağı planlaşdırıq”.

Baş redaktor bir sıra köşə yazarları - Mahir Rüstəmli, Kənan Hacı, gənc yazar Orxan Həsənli və s. tanınmış imzalarla əməkdaşlıq edəcəklərini deyib.

Bahar Rüstəmli