"Traktorsazi" Mustafa Dənizliyə təklif göndərib.
Qaynarinfo xəbər verir ki, bu barədə türk mütəxəssis özü məlumat verib.
Dənizli Cənubi Azərbaycan klubunun təklifini qəbul edib-etməyəcəyi ilə bağlı danışmasa da, İrandakı proseslərin başa çatmasını gözlədiyini bildirib: Traktorsazi" klubundan təklif almışam. Ölkədə baş verən hadisələrin müvəqqəti olduğunu düşünürəm. Xarici müdaxilə olmasa, iranlıların öz gələcəkləri ilə bağlı doğru qərar verəcəyinə inanıram".
Qeyd edək ki, Mustafa Dənizli 2013/14 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.
Onu da qeyd edək ki, "Traktorsazi" 2017/18 mövsümünün ilk yarısını uğursuz keçirib. Komanda 18 turda 21 xal toplaya bilib və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Təbriz klubuna hazırda Yahya Gülməhəmmədi başçılıq edir.
Şərhlər