Xəbər lenti

Dünya 14:45 29.09.2024

"Müharibə ən təhlükəli həddə çatıb, müttəfiqləri Kiyevi təslim etsələr..." - "El Pais"

"Ukraynada müharibə döyüş meydanında dalana dirənib və ən təhlükəli həddə çatıb".

Qaynarinfo xəbər verir ki, bu barədə "El Pais" yazıb.

Məqaləndə deyilir ki, ruslarsa qarşı müharibə həm də ən təhlükəli olan "yetkinlik nöqtəsinə" çatıb. Jurnalistlərin fikrincə, müttəfiqləri Kiyevi Rusiyanın şantajına təslim etsələr, Ukraynanın və bütün Avropanın gələcəyi qeyri-müəyyən olacaq.
 
Qəzet yazır ki, 2,5 il davam edən hərbi əməliyyatlardan sonra Ukrayna öz imkanlarının son həddinə çatır və vətəndaşların əhval-ruhiyyəsi zəifləməyə başlayır. Qeyd edilir ki, Ukrayna hakimiyyətinə danışıqların lehinə xarici təzyiqlər artır və bu danışıqlar zamanı Ukrayna ağrılı güzəştlərə getməyə məcbur olacaq.

Hansı ölkələrin danışıqlarda israrlı olduğu məlum deyil. Nəşrin yazdığına görə, Volodimir Zelenski yaxşı bilir ki, hər bir sülh danışıqlarında olduğu kimi, burda da hər bir tərəf güzəştə getməli olacaq. Həmçinin qeyd edilir ki, ABŞ administrasiyasının dəstəyinə baxmayaraq, Amerika hakimiyyəti öz sərhədləri daxilində Rusiyaya hücum etmək azadlığı ilə bağlı birmənalı deyil və hələ də Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlardan istifadəsinə icazə verməyib.

"İstənilən sülh danışıqlarında olduğu kimi, Zelenskinin də bildiyi kimi, tərəflərin hər biri güzəştə getməli olacaq. Lakin imtina etməyin mümkün olmadığı şey azad və suveren Ukraynanın təhlükəsizliyi və qorunmasıdır".

Qeyd edək ki, Ukrayna Rusiya Federasiyası üzərində qələbə üçün öz planını hazırlayıb. Prezident Volodimir Zelenski ABŞ-a səfərə gedib və sənədi Amerika lideri Co Baydenə, həmçinin prezidentliyə namizəd Donald Trampa təqdim edib.

Ukrayna dövlətinin başçısı həmçinin bildirib ki, Rusiya nümayəndələrini dəvət etməyi planlaşdırdıqları ikinci sülh sammiti müharibəyə son qoymalıdır. Tədbirin bu ilin payızında keçirilməsi planlaşdırılırdı.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->