XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Telefonunuza müdaxilə edib pullarınızı oğurlaya bilərlər - 5 nüansa diqqət edin
Texnologiya10:46 29.09.2024

Telefonunuza müdaxilə edib pullarınızı oğurlaya bilərlər - 5 nüansa diqqət edin

Son zamanlar sürətlə yayılan smartfona müdaxilə edilməklə bank hesabından pulların oğurlanmasının qarşısını almaq üçün proflaktik nələr etmək olar?
- Klon tətbiqlərin istifadəsindən çəkinin. Bura "WhatsApp+", reklamsız YouTube, pulsuz Spotify, pulsuz futbol oyun kanalları və s. daxildir;
- .apk faylları yükləməyin. Bu o mənaya gəlir ki, rəsmi tətbiq mağazası olan "Play Store"dan kənar - internetdən proqramlar yükləyib, smartfona quraşdırmayın;
- Smartfonunun ən son "Android" versiyası və təhlükəsizlik yenilənməsini həyata keçirin. Yenilənmə gələn tətbiqləri dərhal yeniləyin; 
- Şübhəli tətbiqlərə lazımsız icazələr verməyin. Başqalarını izləməyə alan, görünməyən profilləri göstərən tipli casus proqramların istifadəsindən çəkinin; 
- Şüphəli şəkildə smartfonun ekranı qaraldısa, dərhal bankla əlaqə saxlayın. Kartlarınızı bloklatdırın. Telefonu dərhal formatlayıb, fabrik ayarlarına qaytarın.
Fərid Pərdəşünas 
Texnobloger