Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayev bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb və Bakı ilə Riqa arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə N. Mustafayeva "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün Latviyada yaşayan həmvətənlərimizlə görüşərək onların fikir və təkliflərini dinlədik", - o yazıb.
Görüşdə Azərbaycan–Latviya münasibətlərinin inkişafı, diaspor fəaliyyətinin daha da gücləndirilməsi, eləcə də azərbaycanlıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb: "Xaricdə yaşayan hər bir azərbaycanlı ilə əlaqələrin möhkəmləndirilməsi, milli həmrəyliyimizin və birliyimizin daha da gücləndirilməsi dövlətimizin daim diqqət mərkəzindədir".
Şərhlər