İdman 11:11 04.12.2019

Azərbaycan kubokunda 1/4 finalçılar bəlli olur

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
 
Qaynarinfo xəbər verir ki, bu mərhələnin son oyun günündə 3 qarşılaşma baş tutacaq. "Ağsu" Bakıda "Sabah"ın, "Zaqatala" isə Sumqayıtda "Sumqayıt"ın qonağı olacaq. "Zirə" isə doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edəcək.
 
"Zirə" ilə "Sumqayıt"ın matçı "CBC Sport" tərəfindən yayımlanacaq. "Bank Respublika Arena"nın ehtiyat meydançasında baş tutacaq "Sabah" - "Ağsu" görüşünü isə azarkeşlər PFL-in rəsmi saytı vasitəsilə canlı izləyə biləcəklər.
 
Azərbaycan Kuboku, 1/8 final mərhələsi 
 
4 dekabr

15.00. "Sabah” – "Ağsu”
 
Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Bank Respublika Arena” (ehtiyat meydança)

14.00. "Zirə” – "Qaradağ Lökbatan”
 
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu

17.00. "Sumqayıt” – "Zaqatala”

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elbrus Abbasov
"Kapital Bank Arena”
 
Mərhələnin dünən baş tutan qarşılaşması aşağıdakı kimi nəticələnib.

"Keşlə” – "Kəpəz” 3:1