İdman 19:01 25.01.2021

Azərbaycan Kubokunda gözlənilməz nəticə

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, günün ilk matçı Tovuzda yerli komanda ilə "Qəbələ" arasında keçirilub. I dİvizion və Premyer Liqa təmsilçiləri arasında ilk kubok mübarizəsində "qırmızı-qaralar" 2:0 hesablı qələbə qazanaraq mərhələ adlayıblar. "Qəbələ"nin 1/4 finalda "Qarabağ"ın rəqibi olacaq.

Günün ikinci oyununda "Qaradağ Lökbatan"la "Zirə" münasibətlərinə aydınlıq gətirib. Bunadək ölkə kubokunda 2 dəfə qarşılaşmış kollektivlərin ilk duelində (2014/15 mövsümü) aşağı dəstə təmilçisi "Qaradağ Lökbatan”, ikici görüşündə "Zirə” (2019/20 mövsümü) mərhələ adlamışdı. Bu dəfə "Zirə" darmadağınla (4:0) mərhələ keçərək "Neftçi"yə rəqib olub.

1/8 final mərhələsinin son oyunu Masazırda "Sabah"la I divizon təmsilçisi "Kəpəz" arasında keçirilib. Bundan əvvəl kubokda rəqib olmayan komandaların dueli sürpriz nəticə ilə birib. Belə ki, Gəncə təmsilçisi hesabda geri düşdüyü matçda qələbə qazanaraq mərhələ adlayıb - 2:1. "Kəpəz" 1/4 finalda "Keşlə" ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 finalın ilk oyununda "Səbail" I divizion təmsilçisi "Zaqatala"nı 3:2 hesabı ilə məğlub edərək, növbəti raundda "Sumqayıt"a rəqib olub. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək.
 
Azərbaycan Kuboku
2020/21 mövsümü
1/8 final

25 yanvar
Turan Tovuz - Qəbələ 0:2
Qollar: Stefan Vukçeviç, 32. Ceyms Adeniyi, 45+2.
Turan Tovuz: 77. Mehman Hacıyev, 4. Səbayıl Bağırov, 10. Akif Tağıyev (k), 8. Aqşin Muxtaroğlu, 16. Fuad Bayramov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 3. İzzət Müştaqov, 9. Vidadi Cəfərov, 11. Nurlan Şabanov, 19. Xəyyam Hüseynov.
Ehtiyat oyunçular: 1. Əmrah Zülfiqarlı, 20. Elmir Tağıyev, 18. Elmin Bayramov, 2. Firuz Əhmədov, 22. Elşad Tağıyev, 14. Ramin Süleymanov, 7. Elçin Qasımov, 17. Rəşad Əliyev.
Baş məşqçi: İlham Yadullayev.
Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 
77. Merab Qiqauri, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel,  13. Yurgen Qoxa, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu.

Qaradağ Lökbatan - Zirə 0:4
Qollar: Nemanya Andelkoviç, 12, Davit Volkov, 27, Musa Qurbanlı, 30, Davit Volkov, 45+1 
Qaradağ Lökbatan: 1. Nail Alışov, 15. Əlibəy Məmmədli, 19. Orxan Əliyev (k), 7. Mirkamil Əliyev, 4. Elvin Sərkərov, 18. Elnur Səmədov, 47. Sərxan Abdullayev, 11. Elnur Cəfərov, 22. Kamil Hüseynov, 9. Sabir Allahquliyev, 3. Məhərrəm Orucov.
Ehtiyat oyunçular: 90. Cəfər Əlizadə, 10. Tapdıq Əhmədov, 77. Elşən Veysov, 14. Davud Mahmudov, 17. Fərid Mahmudov, 21. Nizami Səmədov, 38. Əbdülkərim Ağamalıyev, 5. Nazim Rəhimov, 6. Samir Ağayev.
Baş məşqçi: Nazim Əliyev.
Zirə: 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 9. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı, 29. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Mateus Albino, 4. Elvin Camalov, 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 3. Ali Sisey, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
"Dalğa Arena”.

Sabah - Kəpəz 1:2
Qollar: Filip İvanoviç, 45+1 - Samir Qurbanov, 68. Əli Səmədov, 84.
Sabah: 31. Rustam Samiqullin, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev (k), 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriqez, 2. Amin Seydiyev, 26. Fofana Tiemoko, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 6. Şakir Seyidov
Baş məşqçi: Visente Qomez
Kəpəz: 1. Elməddin Sultanov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 97. Emil Qasımov, 8. Zahid Mərdanov, 14. Nicat Məmmədov, 77. Samir Qurbanov 17. Ümid Səmədov
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 11. Elcan Rəhimov, 7. Ruslan Süleymanov, 19. Fərid Məmmədov, 20. Orxan Abdullayev, 5. Nika Baçaliaşvili, 18. Röyal Əhmədov, 13. Sadiq Şəfiyev
Baş məşqçi: Yaşar Vahabzadə
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Asif Əliyev.
"Bank Respublika Arena”.