17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, Ramin Quliyevin başçılıq etdiyi kollektiv bu gün ilk oyununu keçirib. 8-ci qrupda yer alan yığmamız ilk sınağında Norveçlə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Komandamızın heyətində yeganə qolu millimiz və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.
Yığmamız qrupda növbəti oyununu oktyabrın 26-da, saat 14:00-da Çexiyaya qarşı keçirəcək.
Qeyd edək ki, komandamızın qrupunda Norveçlə yanaşı, Albaniya və Çexiya yığmaları da yer alırlar. Qrupun bütün oyunları Albaniyada keçirilir.
Avropa çempionatı
Seçmə mərhələ
I tur, 8-ci qrup
23 oktyabr
Azərbaycan U-17 - Norveç U-17 1:4
Qollar: Musa Qurbanlı, 89 - Herman Gelmuyden, 18-pen. Robin Skroqstad, 19. Fredrix Oppeqard, 20. Nils Vallotto, 71.
Hakimlər: Admir Şehoviç, Sreten Udoviçiç (Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (Albaniya).
Luşnya. "Roza Haciu” stadionu.
Şərhlər