Azərbaycan millisinin oyunları Belçikada olacaq

Azərbaycan millisinin oyunları Belçikada olacaq

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyunları Belçikada təşkil olunacaq.

Qarşılaşmalar 5 - 12 oktyabrda gerçəkləşəcək. Qrupda meydan sahibləri ilə yanaşı Norveç və Lüksemburq komandaları da mübarizə aparacaq.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR