Ölkə 20:23 06.12.2021

Azərbaycan müdafiə nazirinin müavini Rusiyaya getdi

Azərbaycan müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov dekabrın 6-da Rusiya paytaxtı Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, o, hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 14-cü iclasında iştirak edəcək.

Səfər dekabrın 9-dək davam edəcək.