Hesabata T-90S tankları daxil edilməyib. 2002-2012-ci illərdə Azərbaycan 264 döyüş tankı alıb.
APA xəbər verir ki, BMT-nin adi silahlar registrində göstərilən məlumata görə, son 10 ildə ölkəmiz Belarus, Ukrayna, Rusiya və Slovakiyadan tank alıb.
Hesabata 2013-cü ildə Rusiyadan alınan T-90S tankları daxil edilməyib. Bildirilir ki, Azərbaycan Rusiyadan 100 ədəd T-90S sifariş edib.
Registrin statistikasına əsasən, 2002-2012-ci illərdə ölkəmiz Belarusdan 153, Rusiyadan 62, Ukraynadan 48, Slovakiyadan 1 döyüş tankı alıb. Onların əsas hissəsini T-72 tankları təşkil edir.
Qaynar.info
Şərhlər