Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Qaynarinfo xəbər verir ki, İCE London birjasında Brent markalı neft 1,541 faiz bahalaşaraq barreli 62,28 dollar təşkil edib.
WTI markalı neftin mart fyuçersi isə 2,434 faiz bahalaşaraq barreli 54,64 dollar olub.
"Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 0,94 dollar artaraq 63,83 dollar təşkil edib.
Şərhlər