Azərbaycan ordusu düşmənə TOS-1A “Solntsepyok” odsaçanından atəş açır - Müharibə kadrları (VİDEO)

Azərbaycan ordusu düşmənə TOS-1A “Solntsepyok” odsaçanından atəş açır - Müharibə kadrları (VİDEO)

Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşmənə qarşı dağıdıcı atəş gücünü nümayiş etdirərək onun həm ön xətdəki möhkəmləndirilmiş mövqelərinə, həm müdafiəsinin dərinliklərində yerləşmiş hərbi infrastrukturuna, cəmləşmə rayonlarını və təchizat yollarına eyni vaxtda müxtəlif silah sistemlərindən zərbələr endirirdi.  

Bu zaman ordumuz həm son illərdə İsrail, Türkiyə və Belarusdan alınan  yüksək dəqiqlikli raket sistemlərindən, həm Rusiyadan alınan ağır artilleriya və reaktiv yaylım atəşi sistemlərindən istifadə edirdi. Azərbaycan ordusunun arsenalında yer alan, "cəhənnəm silahı” da adlandırılan  TOS-1A "Solntsepyok” ağır odsaçan sistemi də bu müharibədə  öz rolunu oynayıb. Termobarik başlıqlı reaketlərlə təchiz edilmiş bu sistemlərdən əsasən düşmənin yüksəkliklərdə yerləşən möhkəmləndirilmiş beton bunkerlərinə və digər atəş nöqtələrinə qarşı istifadə olunub.

Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan ordusunun düşmənə qarşı  TOS-1A” Solntsepyok” odsaçanını tətbiq etməsinə dair epizodlardan birinin görüntüləri yayılıb. Kadrlara əsasən odsaçan sistem düşmən mövqelərinə iki yaylım atəşi açır. Kadr arxasından hərbçilərimiz birinci yaylım atəşindən sonra "Əla, əla” deyə qışqırırlar. Bu da raketlərin hədəfi vurduğuna dəlalət edir. Ardınca ikinci yaylım atəşi açılır və kadr arxasından hərbçilərdən biri "Araz, çıx”, "Araz, çıx” deyə qışqırır. Ehtimal ki, Araz hərbi maşının sürücü-mexanikidir və döyüşçü yoldaşları onu atəşdən sonra mövqeyini dəyişməyə səsləyir.
 
Virtualaz.org

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR