Video 22:13 19.09.2020

Azərbaycan Premyer Liqası: Qəbələdə "sülh", Sumqayıtda 3 qol (VİDEO)

Bu gün Azərbaycan Premyer Liqasında III tura start verilib.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

İlk matçı Qəbələdə baş tutub. "Qəbələ" doğma meydanda "Keşlə"ni sınağa edib. Meydan sahiblərinin 67-ci dəqiqədən azlıqda qaldığı oyunda hesab açılmayıb və komandalar hərəyə bir xal qazanıb. 

Bu komandalar arasında çempionatdakı 48-ci qarşılama olub. Bunlardan 17-də "Keşlə", 13-də "Qəbələ" qələbə qazanıb. 18 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "Keşlə" daha yaxşı göstəriciyə malikdi - 62:47. 

Günün son qarşılaşmasında isə "Sumqayıt" və "Səbail" komandaları "Kapital Bank Arena"da üz-üzə gəlib. Görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıb. 

Komanda çempionatda 11-ci dəfə üz-üzə gəlib. "Sumqayıt" 5, "Səbail" 4 qələbə qazanıb, 2 oyunda isə tərəflərdən heç biri üstünlük qazana bilməyib. Bu görüşlərdə hər iki komanda 10 qol vurub. 

Qeyd edək ki, tura sentyabrın 20-də keçiriləcək "Zirə" - "Sabah" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Premyer Liqa
2020/21 mövsümü
I dövrə, III tur

19 sentyabr
Qəbələ - Keşlə 0:0
Qırmızı vərəqə: Nikolas Raysel, 67.
Qəbələ şəhər stadionu.

 
Sumqayıt - Səbail 2:1
Qollar: Süleyman Əhmədov, 9, Əli Qurbani, 32 - Rauf Əliyev, 21.
"Kapital Bank Arena".
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Sumqayıt

3

2

0

1

4:2

6

2

Keşlə

3

1

2

0

1:0

5

3

Qarabağ

2

1

1

0

2:0

4

4

Zirə

2

1

1

0

3:2

4

5

Sabah

2

1

0

1

3:2

3

6

Neftçi

2

1

0

1

2:3

3

7

Qəbələ

3

0

2

1

1:4

2

8

Səbail

3

0

0

3

3:6

0

Bombardirlər

Əli Qurbani (Sumqayıt) - 3. Namiq Ələsgərov (Neftçi), Mahir Emreli (Qarabağ) - 2.