“Azərbaycan "Formula-1"i gətirmək üçün 15-20 milyon dollar arası vəsait xərcləyəcək".
ANS PRESS-in məlumatına görə, bunu İstanbul Park pistini işlədən "Intercity Rent a Car"ın qurucusu Vural Ak deyib. Onun sözlərinə görə, Azərbaycan "Formula 1"dən pul qazanmayacaq. Amma bundan pul qazanmaq məqsədi ilə istifadə ediləcək.
"Bununla da ölkəni 1 həftə ərzində tanıdacaq. Bu pulla normal vəziyyətdə ölkəni bu qədər tanıtmaq olmaz". Ak Azərbaycanın güclü ölkə olduğunu qeyd edib.
Xatırladaq ki, "Formula-1" maşınları yarışlarının çempionatının rəhbərliyi Berni Ekklstoun Qran-pri yarışlarının Azərbaycanda keçirilməsi haqqında razılıq əldə etdiklərini bildirib. Bu 2015 və ya 2016-ci illərdə baş tutacaq.
"Biz Azərbaycana gedirik. Orada 2015-ci ildə avtoyarışın keçirilməsi haqqında danışıqlar olacaq. Ola bilər ki, hələ çox tezdir, amma ehtimal var. Ehtimal ki, bu mərhələ 2016-cı iləd olsun".
Qeyd edək ki, bu gün "Formula 1" çempionatı 19 mərhələdən ibarətdir. Lakin yaxın illərdə bu mərhələlərin sayını 22-yə çıxarmaq planlaşdırılır.
Qran pri yarışlarının keçirilməsi üçün Azərbaycanla birgə Tailand, CAR, Yunanıstan, Argentina və Meksikanın da adı çəkilir.
Qaynar.info
Şərhlər