Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.
APA-nın məlumatına görə, hazırda ərazidə 500 yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.
Samur gömrük-keçid məntəqəsindən APA-nın yerli bürosuna bildirilib ki, yaranan növbələr mövsümi xarakter daşıyır. Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur.
Samur gömrük-keçid məntəqəsindən həmçinin bildirilib ki, əgər Rusiya tərəfi bu sayı artırsa Azərbaycan tərəfi də bu sayı artıra bilər.
Şərhlər