Azərbaycan təmsilçiləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına təyinat alıblar.
Qaynarinfo xəbər verir ki, AFFA-nın iki rəsmisi bu qarşılaşmalarda iş başında olacaq.
Bunlar Asim Xudiyev və Sərxan Hacıyevdi. A.Xudiyev iyulun 25-də baş tutacaq "Lokomotiv” (Plovdiv, Bolqarıstan) – "Spartak” (Trnava, Slovakiya) görüşündə hakim-inspektor olacaq.
S. Hacıyev isə Macarıstanda yerli "Fehervar”la Lixtenşteyn təmsilçisi "Vaduts”un görüşünə təyinat alıb. O, oyunun UEFA nümayəndəsi vəzifəsini icra edəcək.
Şərhlər