Xəbər lenti

Azərbaycan və Ermənistan XİN başçıları nə vaxt görüşəcək?
Siyasət 12:21 17.01.2020

Azərbaycan və Ermənistan XİN başçıları nə vaxt görüşəcək?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti görüşü yanvar ayına planlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

"Görüşün bu il, çox güman, bu ayın sonunadək keçirilməsini planlaşdırırıq. Dünən Kaspşik ilə görüşdük və bu məsələni müzakirə etdik. Həmsədrlər ilin əvvəlində görüş təklif edirlər və Azərbaycan tərəfi danışıqların davam etdirilməsi fikri ilə tam razıdır”, - E.Məmmədyarov deyib.

Onun sözlərinə görə, görüşün yeri və vaxtı dəqiqləşdirilir.

Qarşıdakı görüş zamanı ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin növbəti tarixi müəyyənləşdiriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->