Siyasət 23:42 02.12.2021

Azərbaycan və Yunanıstan XİN başçıları arasında görüş

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Yunanıstan xarici işlər naziri Nikos Dendias arasında görüş olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri "Twitter" hesabında bildirib.

Nazirlər arasında görüş ATƏT XİN Şurasının Stokholmda keçirilən iclası çərçivəsində baş tutub.

Bildirilib ki, görüşdə Azərbaycan və Yunanıstan arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə konstruktiv danışıqlar olub.

"Qafqaz regionunda baş verən son hadisələr də görüşdə müzakirə edilib", nazir vurğulayıb.


Qeyd edək ki, bu, Yunanıstan XİN başçısı Nikos Dendias və Azərbaycan XİN başçısı Ceyhun Bayramov arasında ilk görüşdür.