Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə əlaqədar Pakistana başsağlığı verib.

Qaynarinfo-nun xəbərinə görə, başsağlığı nazirliyin rəsmi "Twitter” səhifəsində yayılıb.

"Pakistanın Karaçi şəhəri yaxınlığındakı təyyarə qəzası bizi dərindən kədərləndirib. Ramazan ayında ölümlərə yol açan hadisənin baş verməsi bizi üzüb. Qəzada sevdiklərini itirənlərə və Pakistan xalqına başsağlığı veririk. Allah yasda olan ailələrə güc versin”, - başsağlığında qeyd olunub.

Qeyd edək ki, bu gün Pakistanın Karaçi şəhəri yaxınlığında 107 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR