Xəbər lenti

Ölkə 16:35 19.04.2021

Azərbaycanda 1000-dən az yoluxma qeydə alındı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1 136 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 1661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 265 539 nəfər müalicə olunaraq sağalıb, 4 169 nəfər vəfat edib. 31 953 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 955, bu günə qədər isə ümumilikdə 3 114 879 test icra olunub.

Son sutkada koronavirus əleyhinə 19 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1337380, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 889232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448148 təşkil edir.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->