Xəbər lenti

Azərbaycanda 1,3 milyard manat məhv edildi (VİDEO)
Ekonomiks 15:30 12.11.2018

Azərbaycanda 1,3 milyard manat məhv edildi (VİDEO)

2017-ci il ərzində ölkə iqtisadiyyatının nağd pula olan tələbatı tam həcmdə, tələb olunan strukturda və vaxtında ödənilib.

Qaynarinfo "Report”a istinadla məlumat ki, Azərbaycan Mərkəzi Bankının 2017-ci il üçün illik hesabatına istinadən xəbər verir ki, hesabat ilində Mərkəzi Banka dövriyyədən 7,8 mlrd. manat və ya 376 mln. ədəd pul nişanı mədaxil olunub, 9 mlrd. manat və ya 452 mln. ədəd pul nişanı isə məxaric olunub.

Ümumilikdə, il ərzində tədavüldə pul kütləsi 1,2 mlrd. manat (17%) artaraq hesabat dövrünün sonuna 8 mlrd. manat təşkil edib. Ölkə iqtisadiyyatının nağd pula olan tələbatının vaxtında və tələb olunan strukturda ödənilməsi üçün Mərkəzi Bank tərəfindən 410,7 mln. manat həcmində kağız və metal pul nişanlarının istehsal olunaraq ölkəyə gətirilməsi təmin olunub. Tədavülə buraxıldığı 12 il müddətində iri nominallı pul nişanlarının (50 və 100 manat) xüsusi çəkisi davamlı olaraq artıb və 2017-cı ilin sonuna 90%-i ötüb.

"Beynəlxalq təcrübədə tədavüldə iri nominallı pul nişanlarının xüsusi çəkisi 75%-dən yuxarı olduqda mərkəzi banklar tərəfindən dövriyyəyə daha iri nominallı pul nişanlarının buraxılması nəzərdən keçirilir. Bununla əlaqədar hazırda Mərkəzi Bank tərəfindən bu istiqamətdə müvafiq qiymətləndirmələrin aparılmasına başlanılıb. Dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul olunmuş "Tədavüldə təmiz pul siyasəti” davam etdirilib”, - məlumatda vurğulanıb.

Hesabatda qeyd olunub ki, il ərzində Mərkəzi Bankda yaradılmış "Əhaliyə xidmət kassaları” vasitəsilə 7,7 mln. manat tədavülə yararsız pul nişanının dəyişdirilməsi və eləcə də tədavüldən qayıtmış pul nişanlarının emal edilməsi təmin edilib, tədavülə yararsız 1,4 mlrd. manat (92 mln. ədəd) həcmində pul nişanı dövriyyədən çıxarılıb:

"Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış məhvetmə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən 2017-ci il ərzində tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi prosesləri davam etdirilib və dövr ərzində 1,3 mlrd. manat həcmində yararsız pul nişanlarının məhv edilməsi təmin olunub”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->