Xəbər lenti

Azərbaycanda 18 milyon dollarlıq layihələr: 72 milyon ayrılıb
Ekonomiks 19:23 12.06.2018

Azərbaycanda 18 milyon dollarlıq layihələr: 72 milyon ayrılıb

2018-ci ildə Azərbaycan və BMT Tərəfdaşlıq barədə çərçivə sazişi çərçivəsində 18 milyon dollardan çox məbləğdə layihələr reallaşdırmağı planlaşdırır.

Qaynarinfo "Trend"ə istinadən xəbər verir ki, bunu saziş çərçivəsində yaradılmış idarəetmə komitəsinin iclasında Azərbaycan iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, 2017-ci ildə bu sənəd çərçivəsində 16,5 milyon dollar məbləğində layihələr icra olunub.

Nazir müavini xatırladıb ki, layihələrin ümumi məbləği 72 milyon dollar təşkil edir:

"Bu platforma çərçivəsində 47 layihə reallaşdırılıb. Bunlar 3 sahəni əhatə edir: iqtisadiyyatın şaxələndirilməsi və layiqli əməyin təmin olunması; institusional potensialın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması; ekoloji problemlərlə bağlı risklərin qiymətləndirilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->