Xəbər lenti

Azərbaycanda 3 gün ictimai nəqliyyat işləməyəcək
Ölkə 22:50 03.03.2021

Azərbaycanda 3 gün ictimai nəqliyyat işləməyəcək

Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Qaynarinfo xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Xatırladaq ki, bundan öncə "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 mart Qadınlar günü iş günü olmayan bayram günüdür. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->