Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Trend-in məlumatına görə, oktyabrın 17-də qızılın qiyməti oktyabrın 16-sı ilə müqayisədə 5,8225 manat artaraq 1 unsiya üçün 2529,09 manat təşkil edib.
Gümüş 0,2218 manat ucuzlaşaraq 1 unsiya üçün 29,4487 manata bərabər olub.
Platinin qiyməti 5,712 manat azalaraq 1503,395 manat, palladiumun qiyməti 71,1705 manat artaraq 3025,15 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Şərhlər