Azərbaycanda axşam saatlarında çəkilən bir foto sonradan sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
"Facebook”da Tamerlan Vahablı adlı istifadəçi İsmayıllıda olarkən maraqlı hadisə ilə qarşılaşıb: küçədə təmizlik işi aparan qadın, onu gözləyən övladı və onların balaca iti.
O, həmin anları çəkərək sosial şəbəkədə paylaşıb və fotoya belə şərh yazıb:
"Uşağın anası o tərəfdə küçəni süpürür. Uşaq da oturub anasını gözləyir. İt də hər ikisini gözləyir. Arabir qaçır ora-bura”.
Sonradan həmin görüntü müzakirələrə səbəb olub və bir çox səhifələr tərəfindən yayılıb.//baku.ws
Şərhlər