Azərbaycanda daha 3469 yoluxma faktı qeydə alınıb, 30 nəfər vəfat edib

Azərbaycanda daha 3469 yoluxma faktı qeydə alınıb, 30 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3469 yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib. Aktiv xəstə sayı 34 209 nəfərdir.

Ötən müddət ərzində 1 646 654 test aparılıb. Bugünkü test sayı isə 15 057-dir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR