Xəbər lenti

Azərbaycanda daha bir məmur işdən çıxarıldı: cinayət işi açıldı
Ölkə 23:23 06.01.2019

Azərbaycanda daha bir məmur işdən çıxarıldı: cinayət işi açıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Yevlax Rayon Baytarlıq İdarəsi rəhbərliyinə yeni təyinat olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, idarənin rəisi Vaqif Kərimov tutduğu vəzifədən azad edilib.

Bu vəzifəyə Nəsibov Əhliman İbrahim oğlu təyin olunub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Yevlax rayon Baytarlıq İdarəsinin rəisi Vaqif Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->